"Qarabağ məsələsi Azərbaycanın haqlı məsələsidir. Bu münaqişənin həllində Türkiyə Azərbaycanın yanındadır". SİA-nın verdiyi məlumata görə, bunu Bakıda səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
Türkiyənin baş naziri vurğulayıb ki beynəlxalq təşkilatlar da bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəkləyir: "Dağlıq Qarabağda yerləşən terrorçulardan Azərbaycana və ya Türkiyəyə təhdid olarsa, Türkiyə hərəkətə keçə bilər".
Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyanın Vaşinqtona səfəri ilə bağlı sualı cavablandıran B. Yıldırım qeyd edib ki, ABŞ Dağlıq Qarabağdakı erməniləri mükafatlandırmaq yerinə, onların törətdikləri insanlıq suçuna görə cavab vermələrinə çalışmalıdır.