Almaniya televiziyası türk əsgərini “işğalçı” adlandırıb

14 Mart 2018 23:03 (UTC+04:00)

Almaniyanın ARD kanalında Türkiyənin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatı ilə bağlı yayımlanan xəbərdə türk əsgəri “işğalçı” adlandırılıb. Axar.az xəbər verir ki, telekanalın müxbiri Dominik Lessmeisterin ifadələri Türkiyədə kəskin narazılığa səbəb olub.

“İnsan hüquqları müdafiəçiləri Afrində bir fəlakətin yaşandığını bildirir. Buna görə də insanlar türk ordusunun bombardmanlarından və artilleriya zərbələrindən qaçmağa çalışır”, - müxbir bildirib.