Özünü gözəl hesab etməyənlər üçün tanışlıq saytı yaradılıb

30 Oktyabr 2010 21:48 (UTC+04:00)
Özünü gözəl hesab etməyənlər üçün tanışlıq saytı yaradılıb. SİA-nın verdiyi xəbərə görə, tanışlıq saytının yaradılması ideyası ingilis milyonçusu Ceyms Hovarda məxsusdur. Hovardın dediyinə görə, özünü çirkin hesab edənlərin də sevməyə haqqı var. Sevgisi daha səmimi və dərin olan bu insanlar eyni münasibətini özlərinə qarşı da gözləyirlər. Beləliklə, multimilyonerin açdığı bu sayt onlar üçün ümid yeri ola bilər. Xidmət tamamilə pulsuzdur. Dost-tanış axtarışında olan hər bir kəs səhifə yaradarkən sadəcə anketi doldurmalı və öz şəklini yerləşdirməlidir.

Qeyd edək ki, fəaliyyət göstərdiyi bir neçə gün ərzində sayt İngiltərədə çox məşhurlaşıb, artıq 1500-ə yaxın insan öz anketlərini orada yerləşdirib. Amma heç də hər bir kəs saytda qeydiyyatdan keçə bilməz. Çünki moderatorlar hər bir müraciət edən insanın parametrlərini ciddi şəkildə tədqiq edirlər. Məqsəd isə saytın hər bir üzvünün həqiqətən gözəl olmadığına əmin olmaqdır.

Məlumat üçün nəzərinizə çatdıraq ki, dünyada ilk dəfə bu tip tanışlıq saytı Böyük Britaniyada yaradılıb.