ŞOK: Putinin daha bir rəqibi Londonda öldü

14 Mart 2018 02:19 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putinə müxalifliyi ilə tanınan rusiyalı oliqarx Nikolay Qluşkovun İngiltərənin paytaxtı Londonda yaşadığı evdə cəsədi tapılıb. Bu barədə “Qardian” məlumat yayıb. Bildirilib ki, 68 yaşlı Qluşkovun meyiti ailəsi tərəfindən aşkar edilib.

Qeyd edək ki, Qluşkov 2013-cü ildə öldürülən Boris Berezoviskinin ən yaxın adamlarından sayılırdı. O, “Aeroflot”un keçmiş baş direktoru vəzifəsində çalışıb. Qluşkov Berezovski ilə qanunsuz maliyyə sövdələşməsində ittiham olunaraq həbs edilmişdi. Azadlığa çıxandan sonra İngiltərəyə köçmüşdü. N.Qluşkov Berezovskinin ölümündə Rusiya hakimiyyətinin əli olduğunu iddia edirdi.

Onu da əlavə edək ki, martın 5-də Rusiya Hərbi Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya huşsuz və ağır vəziyyətdə Britaniyada parkların birində tapılıb. İngiltərə Baş naziri Tereza Mey rusiyalı eks-kəşfiyyatçı Sergey Skripalın zəhərlənməsində Moskvanın məsuliyyət daşıdığını bildirib.