"Ermənistan MDB məkanının ən yoxsul ölkələrindən biridir"

13 Mart 2018 23:09 (UTC+04:00)

"Ermənistan MDB məkanının ən yoxsul ölkələrindən biridir." Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Panorama.am” saytı Ermənistan Milli Statistika Xidmətinin məlumatlarına əsasən yayıb. Sayt 2016-cı ildə ölkədə yoxsulluq səviyyəsinin 29,4% olduğunu bildirib. Ermənistan bu göstəricisinə görə MDB ölkələri arasında yalnız Qırğızıstan (32,1%) və Tacikistanı (30,3%) üstələyib.

Qeyd edək ki, Azərbaycan MDB ölkələri arasında yoxsulluq həddinin ən aşağı səviyyəsinə görə 4-cü yeri tutub. Ölkədə yoxsulluq səviyyəsi 5,9%-dir. MDB ən aşağı yoxsulluq səviyyəsi Qazaxıstanda (2,6%) müşahidə edilib.