AXC-nin 100 illik yubileyinə həsr edilmiş rəsm müsabiqəsi keçirilib FOTOLAR

12 Mart 2018 16:50 (UTC+04:00)

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibəti ilə Xaçmaz Regional Mədəniyyt və turizm İdarəsi və Xaçmaz rayon Təhsil şöbəsinin dəstəyi, Xaçmaz Dövlət Rəsm Qalereyasının və Xaçmaz Hazırlıq Mərkəzinin birgə təşkilatçılığı ilə rəsm müsabiqəsi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin əməkdaşı F.Musayev, Xaçmaz rayon Təhsil şöbəsinin əməkdaşı M.Abbasov və digər şəxslər iştirak edib.

Müsabiqədə rayonun gənc və istedadlı şagirdlərinin 3 nominasiya üzrə - Cümhuriyyətim, Abadlaşan şəhərim və Sərbəst mövzuda rəsm əsərləri nümayiş etdirilib. 1-ci nominasiya üzrə Qımıl-qışlaq kənd tam orta məktəbinin şagirdi Rəvanə Həsənova, 2-ci nominasiya üzrə Xaçmaz şəhər 5 saylı tam orta məktəbin şagirdi Sevil Niftəliyeva, 3-cü nominasiya üzrə Teyyubə Xəlilova qalib elan edilib. Qaliblərə Fəxri Fərman və hədiyyələr verilib. Müsabiqənin bütün iştirakçılarına sertifikat təqdim edilib.