Ronaldinyo milliyə çağrıldı, Elano isə kənarda qaldı

30 Oktyabr 2010 18:47 (UTC+04:00)

Braziliya millisində baş məşqçi Karlos Dunqanın yerini tutan Mano Menezes noyabrın 17-də Argentina ilə keçirəcəkləri yoldaşlıq oyunu üçün heyəti açıqlayıb. SİA-nın məlumatına görə, baş məşqçi 23 futbolçuya dəvət göndərib.
"Qalatasaray"da heyətə düşməyən Elano Blumerə dəvət göndərməyən çalışdırıcı "Fənərbaxça"lı Andre Santosun adını heyətə daxil edib. Menezesin ən böyük yeniliyi "Milan"da forma geyinən Ronaldinyo olub. Daha bir yenilik isə "Botafoqo"lu qolkiper Ceffersonun heyətə daxil edilməsidir.

Heyət:

Qapıçılar: Viktor (Qremio), Cefferson (Botafoqo), Neto (Atletiko-PR).


Müdafiəçilər: Daniel Alves, Adriano Korrea (İkisi də "Barselona"), Rafael (Mançester Yunayted), Andre Santos (Fənərbaxça), Tiaqo Silva (Milan), David Luis (Benfika), Aleks Koşta (Çelsi), Rever (Atletiko-MG).


Yarımmüdafiəçilər: Duqlas (Qremio), Filip Koutinyo (İnter), Ronaldinyo (Milan), Elias (Korintians), Lukas (Liverpul), Ramires (Çelsi), Sandro (Tottenhem), Juciley (Korintians).


Hücumçular: Robinyo (Milan), Aleksandro Pato (Milan), Andre (Dinamo Kiyev), Neymar (Santos).