Berlində məscid yandırılıb

12 Mart 2018 01:05 (UTC+04:00)

Dünən Berlinin Raynikendorf rayonunda məscid yandırılıb. APA-nın "Alman dalğası" radiosuna istinadən verdiyi məlumata görə, axşam saatlarında 3 naməlum gənc məscidin pəncərəsinin şüşəsini sındırıb və məsciddə yanğın törədib.

Məscidin yaxınlığından keçənlər bu hadisəni görüb və polis çağırıblar. Ancaq polisin onları saxlaması mümkün olmayıb. Polis məscidə hücumun islamafobiya xarakteri daşıyıb-daşımadığını araşdırır. Hadisə yerinə gələn yanğınsöndürənlər məsciddə yanğını söndürüblər. Lakin məscidin otaqlarından biri tamamilə yanıb.