"Taliban" Əfqanıstanda 18 asayiş keşikçisini öldürüb

11 Mart 2018 00:03 (UTC+04:00)

"Taliban" üzvləri Əfqanıstanın qərbində yerləşən Fərəh əyalətindəki təhlükəsizlik qüvvələrinə hücum edib. Axar.az xəbər verir ki, hadisə zamanı Balabuluk rayonunda 18 asayiş keşikçisi həlak olub, üç əməkdaş oğurlanıb. Təhlükəsizlik qüvvələrinin daha 6 əməkdaşı isə vilayətin inzibati mərkəzi olan Fərəh şəhərində qətlə yetirilib.

Qeyd edək ki, 2014-cü ildə ABŞ-ın hərbi birləşmələri Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu "Taliban"ın nəzarətinə keçib. Bölgədə həmçinin İŞİD terrorçuları da aktiv fəaliyyət göstərir.