Rusiya 3 qitələrarası ballistik raket sınağı həyata keçirib. SİA-nın xəbərinə görə, Rusiyanın Müdaifə Nazirliyindən verilən açıqlamada Barents dənizində və Sakit Okeanda yerləşən iki dənizaltı gəmidən 8 min kilometr mənzilli iki raket buraxıldığını bildirilib.
Açıqlamada "Sineva" və RSM-50 tipli iki balistik raketin hədəfləri uğurla vurduğu qeyd edilib.
Rusiya Quru Qüvvələrinin də ölkənin qərbindən şimal-şərqdəki Kamçatka yarımadasına 10500 kilometr mənzilli "Topol" raketi atdığı bildirilin. Çox sayda nüvə başlığı daşıya bilən "Topol" raketi Rusiya ordusunun əlindəki ən təsirli balistik raketlərdən biri sayılır.