Kaliforniyada silahlı şəxs və 3 girov ölü tapılıb

10 Mart 2018 10:03 (UTC+04:00)

ABŞ-ın Kaliforniya ştatında veteranlar evində girov götürülən 3 nəfər və silahlı naməlum şəxs ölü tapılıb.

SİA-nın məlumatına görə, binaya hücum edən şəxs özünü və girovları öldürüb.

"Reuters" agentliyinin məlumatına əsasən, girovların hamısı qadın olub.