Kaliforniyadakı veteranlar evində 3 nəfər girov götürülüb

10 Mart 2018 04:01 (UTC+04:00)

ABŞ-ın Kaliforniya ştatında naməlum şəxs veteranlar evində 3 nəfəri girov götürüb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Yuntvil şəhərində qeydə alınıb.

Silahlı şəxs binaya daxil olaraq 3 nəfəri girov götürüb. Hadisə yerinə polis və digər güc strukturlarının nümayəndələri cəlb olunub. Veteranların işi üzrə departamentin məlumatına əsasən, Yuntvildə yerləşən müəssisədə 1000-ə yaxın insan yaşayır.