İsa Qəmbərin sağlığı kritik həddə! SON DƏQİQƏ

9 Mart 2018 15:23 (UTC+04:00)

Müsavat partiyasının sabiq başqanı İsa Qəmbərin keçirdiy ürək əməliyyatı lazımi effekti verməyib və bəlli olduğu kimi, o Türkiyənin Ankara şəhərinin Hacettepe xəstəxanasına aparılıb. SİA-ya daxil olan məlumata görə, İ.Qəmbərin sağlıq durumu kritik həddədir və o, ölüm-qalım vəziyyətindədir.

Digər tərəfdən, Müsavat partiyasının hazırkı başqanı Arif Hacılı partiyaya məxsus informasiya agentliyinə İ.Qəmbərin sağlıq vəziyyəti ilə bağlı yalan informasiyalar verərək, guya onun durumunun normal olduğunu deyir, lakin partiyanın digər mənbələri əksinə, sabiq başqanın vəziyyətinin günü-gündən pisləşdiyini iddia edirlər. İkinci tərəfin məlumatlarının daha səhih olması isə kimsədə şübhə oyatmır. Çünki onların Türkiyədə yaşayan tanıqıdları qeyri-rəsmi olaraq bildirirlər ki, İ.Qəmbər reanimasiya palatasındadır və süni nəfəs aparatına qoşulub.

Onu da qeyd edirlər ki, A.Hacılının təkidi ilə həkimlər onun sağlıq durumu haqqında əsl həqiqətləri demirlər. O da bəlli olub ki, İ.Qəmbərə kifayət qədər bahalı preparatların təyin olunması və istifadəsi üçün xüsusi resept yazılıb.

Başqa tərəfdən, Müsavat daxlində də İ.Qəmbərin sağlıq durumu ilə bağlı söz-söhbətlər səngimir, hətta bəziləri onun süni nəfəs aparatına qoşulması ilə yanaşı, beyin funksiyasının dayanması da bildirilir.

Digər maraqlı fakt isə “Milli Şura” və AXCP rəhbərliyində olanların, xüsusilə, Əli Kərimlinin İ.Qəmbərin mövcud vəziyyətinə açıq-aşkar sevincli görünməsidir. İllərdir ki, ona qarşı opponentlik edən sabiq Müsavat başqanının ölüm-qalım vəziyyətində qalması Kərimlidə “ana müxalifət lideri” olmaq ümidlərini oyadıb. O, İ.Qəmbərin siyasi səhnədən silinməsi günü səbirsizliklə gözləməkdədir.

Beləliklə, fakt budur ki, radikal düşərgədə cərəyan edən proseslərin hər biri bütövlükdə bu siyasi arenanın məhvi prosesini daha da sürətləndirməkdədir.

Rövşən NURƏDDİNOĞLU