Oğuzda baş verən yanğında mal-qara tələf oldu

9 Mart 2018 11:37 (UTC+04:00)

Oğuz rayonunun Bayan kəndində ümumi sahəsi 126 m2 olan tövlənin yanar konstruksiyaları və tövlənin çardağına yığılmış 10 ton ot bağlaması yanıb. FHN-dən SİA-ya daxil olan məlumata görə, yanğın zamanı tövlədə olan iri və xırdabuynuzlu heyvan tələf olub. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.