Pentaqondan ETİRAF: "Rusiya və Çinin qarşısında zəifik"

9 Mart 2018 00:19 (UTC+04:00)

ABŞ-ın raketdən müdafiə sistemi Rusiya və Çinin strateji cəbbəxanasını məhv edəcək gücdə deyil. Axar.az xəbər verir ki, bu sözləri Pentaqon rəhbərinin müavini Con Rod deyib.

“ABŞ-ın raketdən müdafiə sistemləri bu günə qədər modifikasiya edilməyib. Bu səbəbdən Rusya və Çinin müdafiə sistemlərini, raketlərini cəbbəxanasını məhv etmək qabiliyyətinə malik deyilik”, - ABŞ rəsmisi bildirib.