Qobustanda avtomobil aşıb

8 Mart 2018 22:21 (UTC+04:00)

Qobustan rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Qobustan-Xılmilli avtomobil yolunda qeydə alınıb.

"NİVA" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə Zəngilan rayon sakinləri - 1960-cı il təvəllüdlü Babayev Zaur İsa oğlu və 1991-ci il təvəllüdlü Səfiyev Məmmədyar Damət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı Qobustan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.