Goranboyda zəncirvarı qəza olub

8 Mart 2018 20:07 (UTC+04:00)

Bu gün Bakı-Qazax magistralının Goranboy rayonunun Borsunlu kəndi ərazisindən keçən hissəsində zəncirvarı qəza baş verib. APA-nın Qərb bürosunun məlumatına görə, bir neçə avtomobilin toqquşması nəticəsində bir sürücü və bir neçə sərnişin xəsarət alıb. Onlardan bəziləri Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.