Argentinanın sonuncu diktatoru ölüb

8 Mart 2018 05:06 (UTC+04:00)

Müasir Argentina tarixinin sonuncu diktatoru hesab edilən Reynaldo Binone 90 yaşında dünyasını dəyişib. Axar.az xəbər verir ki, bu barədə A24 kanalı məlumat yayıb.

Diviziya generalı Binone 1982-83-cü illərdə ölkəni idarə edib. 1983-cü ildə hakimiyyəti mülki hökumətə təhvil verəndən sonra ona qarşı çoxsaylı ittiham irəli sürülüb. O, qətldə və qanunsuz həbslərdə günahlandırılıb. Keçmiş diktator bu ittihamlarla uzunmüddətli həbsə məhkum edilmişdi.