ABŞ-da atışma: 1 nəfər ölüb, 3 nəfər yaralanıb

8 Mart 2018 02:24 (UTC+04:00)

ABŞ-ın Hörtsboro şəhərində (Alabama ştatı) restoranda atışma olub. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində restoranın 69 yaşlı sahibi ölüb, 3 nəfər yaralanıb. İlkin ehtimala görə, restoranda atəşi psixiki xəstəlikdən əziyyət çəkən yerli sakin açıb. Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.