Sabunçuda yol qəzası olub

8 Mart 2018 00:13 (UTC+04:00)

Bakının Sabunçu rayonunda avtomobil qəzası olub. APA-nın məlumatına görə, Ramana-450 qəsəbəsi (Şuşa şəhərciyi) ərazisində ağır tonnajlı yük avtomobili qaz xəttinə dəyib. Nəticədə qaz xətti zədələnib.

Hadisəyə səbəb avtomobilin sürücüsünün dönmə əməliyyatı düzgün yerinə yetirməməsi olduğu bildirilir.