Röya general oğlu ilə sevgilidir? FOTOLAR

7 Mart 2018 16:32 (UTC+04:00)

Bəzi saytların yaydığı xəbərə görə, əməkdar artisti Röya Ayxan yeni sevgi münasibətinə başlayıb. SİA-nın məlumatına görə, Röya Azərbaycanın tanınmış generallarından biri, Milli Qəhrəman, Şəmkir Korpusunun sabiq, hazırda isə Bakı korpusunun komandiri Rövşən Əkbərovun oğlu Telman Əkbərovla görüşür.

Məlumatlarda iddia edilib ki, cütlük tez-tez məclislərə birgə qatılsa da, jurnalistlər onları bir neçə gün əvvəl premyerası keçirilən “Ağ tük” filminin qala gecəsində görüblər. Sevgililər tədbirə bir gəlsələr də, media nümayəndlərindən ehtiyat edərək dostları ilə ayrı-ayrı foto çəkdiriblər.

Məsələ ilə bağlı əməkdar artistin cavabı çox gecikməyib. O, "İnstagram" səhifəsində onun haqqında yayılan xəbəri paylaşaraq, “Çox güldüm” sözlərini yazıb.