Məşhurlar bayram konsertində FOTOLAR

7 Mart 2018 14:15 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət evində 8 mart- Beynəlxalq Qadınlar gününə həsr olunmuş bayram konserti keçirilib. SİA-nın məlumatına görə, konsertdə Baş İdarənin əməkdaşları, məktəb direktorları və qəsəbə sakinləri iştirak ediblər.

İlk öncə konsertin aparıcısı Humay Muxtarova 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə bütün qadınları təbrik edib.

Konsertdə tanınmış müğənni Rahidə Baxışova öz repertuarından ən çox sevilən mahnıları ilə tamaşaçıların könüllərini oxşayıb.

Həmçinin konsertdə əməkdar artist Səlim Abbasov, Qala qrupu və Kənan Qədimov da çıxış ediblər.

Qeyd edək ki, konsert yüksək əhval ruhiyyə ilə sona çatıb.