Qazaxda yol qəzasında vurulan piyada ölüb

7 Mart 2018 14:06 (UTC+04:00)

Martın 7-də saat 1 radələrində Qazax rayonunun İkinci Şıxlı kəndində rayon sakini Bilal Mustafayev idarə etdiyi “QAZ-31029” markalı avtomobillə yolu keçən kənd sakini Əmir Musayevi vurub. DİN-dən SİA-ya verilən məlumata görə, piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.