Küsülülər eyni verilişdə

7 Mart 2018 13:30 (UTC+04:00)

Uzun müddətdir küsülü olan əməkdar artist Abbas Bağırovla klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilə verilişlərin birində bir araya gəliblər. SİA-nın məlumatına görə, musiqiçilər efir zamanı bir-birinə söz atıb.

Hüseyn Abbasın onu toyuna çağırmadığını deyib: “Məni toya çağırmasa da getdim. Siyasi səhvə yol vermişdim deyə, çağırmadı”.

Abbas isə sözdən yayınmağa çalışaraq “Toya heç kimi çağırmadım, hamı gəldi” cavabını verib.

Qeyd edək ki, A.Bağırov “Hüseyn mənə qarşı böyük səhv etdi. Onunla danışmaq istəmirəm, sözümü demişəm. O, məni pis vəziyyətdə qoydu. Onun yerinə başqa toya söz vermişdim. Çox pul qazanmaq üçün məni pis vəziyyətə qoydu” sözlərini demişdi.

Hüseyn isə cavabında “Biz dostlar arasında anlaşılmazlıq olanda efirdə demirik. Bunu heç kimə yaraşdırmıram. Bu günə qədər Abbasdan heç vaxt küsməmişəm. Ailəmdə çox xoş gün olub, Abbası dəvət etmişəm, amma gəlməyib. Heç ondan küsməmişəm. Onun bütün xeyir işlərində təmənnasız iştirak etmişəm. Abbas mənə deməmişdi ki, "Bura səni istəyirlər, hansı məbləğə gələrsən?". Mənim gedəcəyim toy xeyirlə bağlı deyildi" sözlərini söyləmişdi.