Rusiyada bomba həyəcanı yaşanıb

6 Mart 2018 22:46 (UTC+04:00)

Rusiyanın Nijni-Novqorod şəhərində yerləşən “Moskva” dəmiryolu vağzalı bomba qoyulması ilə bağlı anonim zəng səbəbindən evakuasiya edilib. Axar.az RİA-ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə baxış keçirib, lakin hər hansı təhlükəli predmet aşkarlamayıb.

Bildirilib ki, anonim zəng edən şəxsin kimliyinin müəyyələşdirilməsi istiqamətində araşdırma aparılır.