Jurnalistlər seçici imzalarının yoxlanılması prosesi ilə tanış olub

6 Mart 2018 17:38 (UTC+04:00)

Bu gün Kütləvi İnformasiya Vasitələrinin (KİV) əməkdaşları Mərkəzi Seçki Komissiyasında prezidentliyə namizədlərin təqdim etdiyi seçici imzalarının yoxlanılması prosesi ilə tanış olublar. SİA-nın verdiyi məlumata görə, bundan öncə də siyasi partiyaların nümayəndələri, namizədin səlahiyyətli nümayəndələri prosesi izləyiblər.

MSK-da fəaliyyət göstərən İşçi Qrupun rəhbəri Etibar Quliyev deyib ki, namizədin qeydə alınması üçün zəruri seçki sənədləri İşçi Qrup tərəfindən araşdırılır. O bildirib ki, bu proses davam edir: “Mərkəzi Seçki Komissiyası imzaların yoxlanılması prosesini açıq elan edib. Yəni kim istəyirsə, imzaların yoxlanılması prosesi ilə tanış ola bilər”.