Safurə övladları ilə gəzintidə FOTO

6 Mart 2018 13:13 (UTC+04:00)

Türkiyədə yaşayan “Eurovision” təmsilçilərimizdən olan Safurə Əlizadə yeni fotosunu paylaşıb. SİA-nın məlumatına görə, artıq Türkiyədə öz biznesini quran Safurə Əliyeva yeni doğulmuş qızı Aişa və oğlu İsgəndərlə gəzintiyə çıxıb.

Gəzintidən çəkilmiş fotosunu sosial şəbəkədə izləyicilərinə paylaşıb.

Qeyd edək ki, S.Əliyeva mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. O, ailə qurduqdan sonra İstanbula köçüb orada yaşayır.