Neymar Braziliyada əməliyyat olunub

5 Mart 2018 20:44 (UTC+04:00)

"Marsel"lə oyunda ayaq biləyi burxulan və sümüyündə qırıq aşkarlanan Neymar ötən gün Braziliyada əməliyyat olunub. Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, futbolçunun sağlamlıq durumunda problem olmadığı açıqlanıb.

Həkimi onun 3 aya sağalacağını bildirib. Bu isə o deməkdir ki, Neymar mövsümün qalan hissəsində meydana çıxmaya bilər.