Nazarbayev gələn ildən vergiləri aşağı salacaq

5 Mart 2018 20:20 (UTC+04:00)

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev 2019-cu il yanvarın 1-dən etibarən vergiləri aşağı salacağına söz verib. Axar.az xəbər verir ki, bunu Nazarbayev parlamentin iclasında söyləyib. Onun sözlərinə görə, aşağı əmək haqqı alan 2 milyon vətəndaş üçün isə vergi 10 dəfə azalacaq:

“Vergilərin azaldılması qazaxıstanlıların əmək haqqının artırılmasına yönəldilib. Nəticədə ölkədəki işçilərin üçdə birinin əmək haqqı şirkətlərə əlavə yük olmadan qalxacaq”.