Beynəlxalq Sərgilər Bürosunun (BIE) araşdırma missiyası 17-19 apreldə Azərbaycana səfər edəcək. Bunu Trend-ə bürodan deyiblər. Məlumatda qeyd edilib: "Aprelin 17-19-da araşdırma missiyası ölkənin paytaxtı Bakının Ekspo 2025 Ümumdünya sərgisi üçün namizədliyinə müraciətin qiymətləndirilməsi üçün Azərbaycana səfər edəcək. Missiyanın səfər proqramı hazırda dəqiqləşdirilir".
Qeyd edək ki, Yekaterinburq (Rusiya) və Osaka (Yaponiya) da Expo 2025 üçün müraciət edib. Beynəlxalq Sərgilər Bürosunun (BIE) araşdırma missiyası Yaponiyaya martın 6-8-də, Rusiyaya isə aprelin 2-4-də səfər edəcək.