Azərbaycanın ən güclü yeniyetmə boksçuları müəyyənləşib - FOTOLAR

5 Mart 2018 16:22 (UTC+04:00)

Yeniyetmə boksçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub. SİA-nın məlumatına görə, Bakı və respublikanın müxtəlif bölgələrini təmsil edən 50-yə yaxın komandanın qatıldığı yarışda 375 idmançı mükafatlar uğrunda mübarizə aparıb.

Altı gün davam edən birincilikdə 2002-2003-cü il təvəllüdlü yeniyetmələr qüvvələrini sınayıblar. Boks Mərkəzində baş tutan yarışda 14 çəki dərəcəsində çempion və medalçılar bəlli olub.

Turnirin komanda hesabında “Təhsil” Respublika İdman Mərkəzi birinci yeri tutub. İkinci pillədə “Rabitə” idman klubu qərarlaşdığı halda, üçlüyü “Neftçi” qapayıb.