Suriyanın humanitar karvanı atəşə tutulub

5 Mart 2018 00:12 (UTC+04:00)

Dəməşq Şərqi Qutaya 46 yük maşınından ibarət humanitar yardım göndərməyə çalışsa da, ərazidəki yaraqlılar atəş açaraq, bu cəhdin qarşısını aldı. Bu barədə Suriya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Nazirlik Qutaya gedən dəhlizin Nüsrə Cəbhəsinin və başqa terror təşkilatlarının nəzarətində olduğunu bildirib.