"Neftçi" Qəbələdə əzmkar qələbə qazandı!

4 Mart 2018 18:19 (UTC+04:00)

Bu gün Topaz Premyer Liqada 18-ci tura yekun vurulub. Turun maraqlı qarşılaşması Qəbələdə keçirilib. Burada eyniadlı komanda "Neftçi"ni qəbul edib və hesabda öndə olmasına baxmayaraq, ikinci hissədə iki top buraxaraq uduzub. Bu, Roman Qriqorçukun komandasının Premyer Liqada ardıcıl ikinci məğlubiyyəti olub.

Turun digər matçında "Keşlə" "Zirə"nin qonağı olub. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Premyer Liqanın lideri "Qarabağ"ın ən yaxşı izləyiciləri "Qəbələ" və "Zirə"nin xalsız qalması Ağdam təmsilçisini çempionluğa yaxınlaşdırıb.


4 mart

Topaz Premyer Liqası, 18-ci tur

“Zirə” – “Keşlə” - 1:2
Qol:
Tərlan Quliyev, 13 (0:1), Elşən Abdullayev, 28 (1:1), Slavik Alxasov, 73 (1:2)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Vüsal Qənbərov, Orxan Məmmədov
Zirə İdman Kompleksinin stadionu

“Qəbələ” – “Neftçi” - 1:2
Qol:
Elvin Məmmədov, 33 (1:0) Mirabdulla Abbasov, 57 (1:1), İqnasio Herrera, 73 (1:2)
Qırmızı vərəqə: Yusif Nəbiyev, 83 ("Qəbələ")
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Vüqar Bayramov, Ömər Paşayev
Qəbələ şəhər stadionu


3 mart

“Sumqayıt” – “Qarabağ” - 1:1

"Kəpəz" – "Səbail" - 2:1


N Klublar O Q H M T-F X
1 Qarabağ 18 14 3 1 28-7 45
2 Qəbələ 18 11 2 5 32-19 35
3 Zirə 18 9 5 4 27-17 32
4 Sumqayıt 18 8 4 6 23-20 28
5 Neftçi 18 7 2 9 21-20 23
6 Səbail 18 5 2 11 11:26 17
7 Keşlə 18 5 2 11 14:28 15
8 Kəpəz 18 3 1 14 12:33 10

Bombardirlər

Baqali Dabo ("Qəbələ) - 11 qol
Mahir Mədətov ("Qarabağ") - 8 qol
Riçard Qadze ("Zirə") - 6 qol
Amil Yunanov ("Sumqayıt") - 6 qol