Qasırğa 5 nəfərin həyatına son qoyub ABŞ-da

3 Mart 2018 13:01 (UTC+04:00)

Fevralın 2-də ABŞ-ın şərq sahillərini cənginə alan güclü qasırğa azı 5 nəfərin həyatına son qoyub. Interfax informasiya agentliyi xəbər verir ki, həlak olanlardan ikisi 6 və 11 yaşlarında uşaqlardır. Bədbəxt hadisələr ağacların aşması nəticəsində baş verib.

Qasırğa zamanı bəzi yerlərdə küləyin sürəti saatda 150 kilometrə çatıb. Külək sahilyanı rayonlara qar və buz yağışı gətirib. Lakin sakinlər üçün ən böyük təhlükə daşqın təhlükəsidir – bəzi küçələr hündürlüyü bir metrdən çox olan buzlu suyun altında qalıb.

Təbii fəlakət, həmçinin 2,2 milyon insanın elektriksiz qalması ilə nəticələnib. Nyu-York, Filadelfiya və Boston şəhərlərinin aeroportlarında 3 mindən çox aviareys ləğv olunub, bir o qədər reys isə təxirə salınıb. Dəmiryol əlaqəsi də qismən dayandırılıb.