"Zirə" "Keşlə" ilə matça ciddi itkilərlə çıxacaq

3 Mart 2018 11:08 (UTC+04:00)

Premyer Liqanın XVIII turunda "Keşlə"ni qəbul edəcək "Zirə" meydana ciddi itkilərlə çıxacaq. SİA-nın məlumatına görə, baş məşqçi Ayxan Abbasov 6 futbolçunun xidmətindən məhrum olub.

Riçard Qadze, Sadio Tounkara və İlkin Muradov cəzalıdır. İlk iki futbolçu "Qəbələ" ilə oyundakı dava-dalaşa görə 2 oyunluq cəzalanıb və cəzaları bu turda başa çatacaq. İlkin isə "Neftçi" ilə oyunda meydandan qovulduğu üçün 1 oyunluq cəza alıb.

Orxan Əliyev, Anar Nəzirov və Jozef Bum isə zədə səbəbindən meydana çıxmayacaq. Orxan yenidən zədələnib, Anar və Jozef isə oynamağa hazır deyil.

Qeyd edək ki, martın 4-də keçiriləcək "Zirə" - "Keşlə" matçı saat 18:00-da start götürəcək.