Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında prezident seçkilərində namizədliyini öz təşəbbüsü ilə irəli sürən Tural Abbaslının səlahiyyətli nümayəndəsi Şamil Beydullayevin qeydə alınması məsələsinə baxılıb.
SİA-nın xəbərinə görə, MSK Katibi Arifə Muxtarova deyib ki, Ş.Beydullayevin T.Abbaslının səlahiyyətli nümayəndəsi kimi qeydə alınması üçün MSK-ya müraciət edilib.
Nümayəndənin qeydə alınması səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, Azərbaycanda Prezident seçkiləri aprelin 11-nə təyin olunub.