Yozef Blatter: "Dünya çempionatı eksperiment yeri deyil"

2 Mart 2018 16:32 (UTC+04:00)

Slovakiyanın paytaxtı Bratislavada keçirilən UEFA konqresində videotəkrarlar sisteminin (VAR) Çempionlar Liqasının 2018/19 mövsümündə tətbiq edilməyəcəyi açıqlanıb. SİA-nın məlumatına görə, bu sistemdən 2018-ci il dünya çempionatında istifadə olunması da müzakirə mövzusudur. FİFA-nın sabiq prezidenti Yozef Blatter də mundialda VAR sisteminin tətbiqinə qarşı çıxıb.

"Mənim fikrim budur ki, dünya çempionatı eksperiment yeri deyil. Mundialda bu sistemin istifadəsinin əleyhinəyəm", - deyə isveçrəli funksioner "Twitter" səhifəsində yazıb.