Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah təlimi keçirilir

2 Mart 2018 13:31 (UTC+04:00)

2018-ci ilin hazırlıq planına uyğun olaraq fevralın 26-dan Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrinin qərargah və bölmələrinin cəlb edilməsi ilə keçirilən komanda-qərargah təlimləri davam edir. Komanda-qərargah təlimi üçpilləli, ikitərəfli olub iki mərhələdə icra edilir.

Təlimin birinci mərhələsində birləşmə və hissələrin “Həyəcan” siqnalı ilə qaldırılaraq rayonlara çıxarılması, qərarların qəbul edilməsi, döyüşün planlaşdırılması və bölmələrin gizli idarə edilməsi üzrə tədbirlər icra olunub.

İkinci mərhələdə Simulyasiya Mərkəzində kompüter üzərində oynanılaraq qəbul edilmiş qərar və planların reallığı nəzərdən keçiriləcək.