Polis beşqat dünya çempionunu saxlayıb

2 Mart 2018 12:06 (UTC+04:00)

ABŞ polisi üzgüçülük üzrə beşqat dünya çempionu olan rusiyalı idmançı Yuliya Yefimovanı Los-Ancelesdə saxlayıb. SİA-nın məlumatına görə, buna səbəb onun ictimai yerdə özünü olduqca sərbəst aparması, qeyri-etik davranışı olub. Daha sonra 25 yaşlı idmançı 5 min dollar cərimə müqabilində buraxılıb.