Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov ilə Məhəmməd Cavad Zərif arasında martın 1-də telefon danışığı baş tutub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, nazirlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər, beynəlxalq və regional gündəliyin bir sıra aktual məsələlərinə, o cümlədən Yaxın Şərqdəki vəziyyətə və V Xəzər sammitinə hazırlıq işlərinə dair fikir mübadiləsi aparıblar.
Telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.