Azərbaycan yığması 10-cu pillədə qərarlaşıb

1 Mart 2018 14:45 (UTC+04:00)

Futzal üzrə milli komandaların yeni reytinq cədvəli açıqlanıb. SİA-nın məlumatına görə, hesabında 1440 xal olan Azərbaycan yığması əvvəlki kimi 10-cu pillədə qərarlaşıb.

Siyahıya Braziliya millisi (1935) başçılıq edir. “Sambaçılar”ı İspaniya (1807) və Rusiya (1700) yığmaları izləyir. Son Avropa çempionu Portuqaliya millisi isə 1692 xalla 4-cü sırada yer alıb.