Afrində öldürülən terrorçuların sayı açıqlanıb - 2222

1 Mart 2018 12:09 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələri Afrində öldürülən terrorçu sayını açıqlayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, son 24 saatda bölgədə 38 terrorçu zərərsizləşdirilib. Bununla da, “Zeytun budağı” hərəkatının 41-ci günündə öldürülən terrorçu sayı 2 min 222-ə çatıb.