Bakıda şirniyyat sexi yanıb

1 Mart 2018 11:06 (UTC+04:00)

Nizami rayonunda yerləşən şirniyyat sexində yanğın olub. SİA-ya FHN-nin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 800 m² olan şirniyyat sexində sahəsi 12 m² olan, plastik materialdan ibarət ofis otağı, 38 m² sahəyə yığılmış kağız və plastik qutular yanıb, yüksək temperaturdan sexin lambirdən ibarət tavanı 200 m² sahədə əriyib.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.