29 oktyabr 2010-cu il tarixdə saat 17.00-da "Hyatt Regensy" mehmanxanasının Quba zalında ATGTİ.AZ internet saytının təqdimatı və 28-iyul-4 avqust 2010-cu il tarixlərdə Lənkəran şəhərində keçirilmiş "Liderlik məktəbi" iştirakçılarının mükafatlandırılma mərasimi gerçəkləşəcək.
SİA-nın məlumatına görə, "Liderlik məktəbi", eləcə də ATGTİ.AZ saytının yaradılması Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə həyata keçirilib. Bununla əlaqədar olaraq, təşkil ediləcək mərasimdə "Liderlik məktəbi"nin iştirakçılarına sertifikatların təqdim edilməsi nəzərdə tutulub.
Həmin tədbir çərçivəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən yaradılmış ATGTİ.AZ internet saytının da təqdimatı planlaşdırılır.
Sayt 3 dildə olmaqla, (azərbaycan, rus və ingilis dili) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının, eyi zamanda ali və orta ixtisas təhsili müəssisələrinin, tələbə-gənclər təşkilatlarının fəaliyyəti, eyni zamanda tələbələrlə bağlı müxtəlif yerli və beynəlxalq layihələr haqda informasiya, elanları, gəncləri düşündürən məsələlərlə bağlı forumlar, xarici ökələrin təhsil müəssisələri barədə məlumatları əhatə edir.
Tədbirdə gənclər və idman naziri A.Rəhimov, təhsil naziri M.Mərdanov, Milli Məclisin Sosial siyasət komitəsinin sədri H.Rəcəblinın və digərlərinin iştirakı nəzərdə tutulub.