Bakıda Sosial Xidmət Mərkəzində uşaq ölüb

28 Fevral 2018 12:21 (UTC+04:00)

Bakı şəhəri, Xəzər rayonunda yerləşən 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Mərkəzində ölüm hadisəsi baş verib.

SİA xəbər verir ki, xidmət mərkəzinin sakini 2007-ci il təvəllüdlü Zümrüd Məmmədova ölüb.

Onun beyin iflicindən öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi 5-18 yaşlı təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətlərin göstərilməsi üçün nəzərdə tutulub.