Azərbaycan şahmatçısı dünya çempionatında liderdir

29 Oktyabr 2010 01:13 (UTC+04:00)

8-18 yaşlı şahmatçı oğlan və qızlar arasında keçirilən dünya çempionatı davam edir. SİA-nın məlumatına görə, Yunanıstanın Xalkidi şəhərində keçirilən yarışda Azərbaycan şahmatçısı, 18 yaş qrupunda mübarizə aparan Nərmin Kazımova 7,5 xalla turnir cədvəlində vahid liderdir. Abdulla Qədimbəyli isə (7 xal) 8 yaşlılar arasında 1-2-ci yerləri bölüşür. Digər şahmatçımız İzzət Kənan 14 yaşlılarla mübarizədə 6,5 xalla 3-cü yeri tutur.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnirdə 11 tur oynanılacaqdır.