"ABŞ və Türkiyə Afrindəki gərginliyi müzakirə edirlər"

27 Fevral 2018 04:17 (UTC+04:00)

Rəsmi Vaşinqton və Ankara ABŞ və Türkiyə Suriyanın Afrin bölgəsində gərginliyin azaldılmasını müzakirə edirlər. "RİA Novosti"nin xəbərinə görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Edrien Renkin-Qellovey bildirib. “Hazırda Afindəki vəziyyətlə bağlı diplomatik müzakirələr aparılır”, deyə Pentaqon rəsmisi qeyd edib.

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə ordusu Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarına qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.