25-26 noyabr 2010-cu il tarixlərdə Bakıda AMEA Folklor İnstitutu və Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Doğu Akdeniz Universitetinin birgə təşkilatçılığı ilə "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" movzusunda VI beynəlxalq konfrans keçiriləcək.
SİA-nın məlumatına görə, konfransda Azərbaycan və türk xalqlarının folkloru və folklorşünaslığının aktual problemləri ilə məşğul olan mütəxəssislər, Azərbaycan mənəvi mədəniyyətinin müxtəlif sahələri ilə məşğul olan tədqiqatçıların iştirakı gözlənilir.