“Xocalı qətliamını unutmadıq, unutdurmayacağıq, təkrar yaşanmasına əsla izn verməyəcəyik”.
SİA-nın verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində yazıb.
“Erməni qüvvələri 1992-ci il fevralın 26-da Azərbaycan torpağı olan Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində yüzlərlə azərbaycanlı günahsız qardaşımızı, soydaşımızı qətlə yetirib”, - deyə nazir vurğulayıb.