Kanada "Pxençan-2018"də daha bir qızıl medal qazanıb

24 Fevral 2018 13:46 (UTC+04:00)

Kanadalı Sebastyen Tutan Cənubi Koreyanın Pxençan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında snoubordun big-eyr növündə qızıl medal qazanıb. SİA-nın məlumatına görə, yarışda ikinci yeri ABŞ idmançısı Kayli Mak tutub. Böyük Britaniyanı təmsil edən Billi Morqan isə bürünc medala sahib olub.

Qeyd edək ki, Qış Olimpiya Oyunlarına fevralın 25-də yekun vurulacaq.